Hidayətin finaldakı rəqibi fransızdırbackend

Hidayətin finaldakı rəqibi fransızdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Azərbaycan cüdoçusu Hidayət Heydərov Paris Yay Olimpiya Oyunlarında finala vəsiqə qazanıb.

73 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimizin finaldakı rəqibi fransalı Joan-Benjamin Qaba olacaq.

Qeyd edək ki, Hidayət finala çıxmaqla Paris-2024-də ilk medalımızı rəsmiləşdirib.

O, ən azı Olimpiadanın gümüş medalını təmin edib.

Qeyd edək ki, 23 yaşlı Qaba, son olaraq 2024-cü ildə Zaqrebdə keçirilən Avropa çempionatında bürünc medal qazanıb.