“Bu gün – sentyabrın 4-də seçkilərin nəticələrindən şikayət ərizəsini MSK-ya təqdim edəcəm. Amma şikayətimə şəffaf baxılacağına inanmıram”.
Tribunainfo.az xəbər verir ki, bunu 42 sayli Sumqayıt birinci seçki dairəsi üzrə deputatlığa namizəd Yasəmən Qaraqoyunlu (Mahmudova) “Azadliq.org”-a açıqlamasında deyib.
Y.Qaraqoyunlu da namizəd olduğu seçki dairəsinin nəticələrinin ləğvini tələb edəcək: “Əlimizdə 50-yə yaxın akt var. Məsələn, qutuya iki-iki, bəzən toplu bülletenlər atan məntəqə üzvləri tutulub. Mənim müşahidəçilərim və vəkillərim səslərin sayılması prosesindən uzaq tutulub, onlara seçicilərin şəxsiyyət vəsiqələrini yoxlamağa imkan verilməyib. Ondan əlavə, 17 məntəqə bizə protokolları, DSK isə yekun protokolu təqdim etməyib…”.
Xatırladaq ki, MSK sözügedən seçki dairəsindən YAP-ın namizədi Hicran Hüseynovanın qalib gəldiyini açıqlayıb.