HİCABLI QIZDAN ŞOK ETİRAFLAR…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hicablı inancsız qızdan şok etiraflar 

Hicablı inancsız qızdan şok etiraflar

Adını açıqlamaq istəməyən Bakı sakinindən aldığım müsahibə nə qədər dəhşətli olsa da , bir çox insan üçün ümid işığı olacağına inanıram.

 

 

-Dindar ailədə böyümüsən ?

-Təəssüf ki , hə

 

-Nə vaxtdan dini basqılara məruz qaldığını hiss etdin ?

 

-Ta uşaqlıqdan ən çox 12-13 yaşda özünü hiss ettirməyə başladı

 

-Hansı dini ritiualları yerinə yetirməyə məcbur edirdilər ?

 

-Geyim, davranış, sosial həyat qısaca hər şeydə.

-Dinə münasibətin uşaq yaşlarında necə idi ?

-Bütün ətrafım dindarlardan ibarət olduğuna görə nəyə inandirmağa çalısırdılarsa ona inanırdım. Ta ki, özümü dərk edib fərd kimi formalaşmağa, özümü inkişaf ettirməyə və edə biləcəklərimlə mənə sunulan həyati analiz edib öz,yolumu seçməyə cəhd edənə qədər…. Fikirlərimin dəyişməyində isə ən böyük köməkçim kitablarım oldu. Gözümü açdı. Zamanla bilgim artdıqca fikirlərimin sərbəstləşdiyini hiss etməyə başladım. Buna görə ailəm hələ də kitablara düşməndırlər, şeytanlığı öyrədir deyirlər.

-Başqalarının həyat tərzinə baxıb təəssüfləndiyin tez-tez olur ?

-Əvvəl hə , amma indi o qədər də yox.Yaşamadığım heç nəyi yaşamayacam deyə bir qayda yoxdur. Yaxın gələcəkdə daxildəki mənlə xaricdəki mən eyni olacaq.

-Tabuları qırmaq çətin deyil ?

 

-Çətin də olsa, asan da olsa etməliyəm. Çünki aid olmadığı həyatı yaşayan insan bədbəxt olmağa məhkumdur. Əvvəl həyata o qədər nifrət edirdim ki… Hətta dəfələrlə intihara cəhd etmişdim. Həyat, insanlar çox mənasız idi. Böyüyüb onlara bənzəyəcəyimə yaşamamağı üstün tuturdum. İnsanı həyatdan bezdirmek budur.

-İmkanın olsa , ailəni dəyişdirmək istəyərdin ?

-Təbii ki ! Çünki mən bu həyata aid deyiləm.


-Ailəhansı zhəbdəndir ?

-Şiə (radikal dərəcəyə çatmiş, hər şeyi dinə bağlayan, hər saniyəsini ona uyğunlaşdıran hətta öz qanından olanları belə sırf dinə görə sevən)

nin kimi problemlərlə üzləşəinsanlara nə deməistərsən ?

-Heç kimi dinləməyib, robotlaşmayıb, araşdırıb, öyrənib, inkişaf edib öz yollarını seçməklərini daima hər kəsə (hətta valideyn olsa belə) qarşı mübarizə aparmalarını.

-Müsahibəyə görə təşəkkürlər.

-Buyurun.


<!–[if !supportLineBreakNewLine]–>

Hazırladı Mətin Oğuz