Türkiyə Hərbi Hava Məktəbinə müraciət edən hicablı pilot Rümeysa Səna Özdəmir imtahandan haqsız yerə kəsildiyi üçün iki təlimçi pilotu məhkəməyə verib.
Türkiyə Hərbi Hava Məktəbinə müraciət edən hicablı pilot Rümeysa Səna Özdəmir imtahandan haqsız yerə kəsildiyi üçün iki təlimçi pilotu məhkəməyə verib.
TİA.AZ xəbər verir ki, üç təlimçi ilə ayrı-ayrılıqda uçuşlar həyata keçirən Səna Özdəmir müəlliminin – M.K adlı təlimçi pilotun ona “sən bunu bacara bilməyəcəksən” deyərək psixoloji təsir etdiyini deyib.
Hava Qüvvələri Komandanlığına göndərdiyi ərizəyə cavab ala bilməyən Özdəmir Elazığ Respublika Prokurorluğuna müraciət edərək, haqsızlığa məruz qaldığını bildirib.
Qeyd edək ki, Rümeysadan sonra Hərbi Hava Məktəbinə müraciət edən hicablı pilot Mərvə Gürbüz bir müddət əvvəl imtahandan uğurlar keçərək, təhsilinə başlayıb.