Hibrid formalı noutbuk təqdim edildi: qiyməti 2000 dollardır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Panasonic” şirkəti hibrid formalı təhlükəsiz “Toughbook CF-XZ6” noutbukunu təqdim edib. Panasonic” şirkəti hibrid formalı təhlükəsiz “Toughbook CF-XZ6” noutbukunu təqdim edib.

 Yeni cihaz şirkət top menecerləri, biznes konsultant, merçendayzer, auditor və dövlət qulluqçuları üçün nəzərdə tutulub.

AZƏRTAC “dailycomm.ru” saytına istinadən xəbər verir ki, “Panasonic Toughbook CF-XZ6” cihazı 2160×1440 piksel təsvir ölçülü 12 düymlük ekran, yeddinci nəsil “Intel Core i5-7300U vPro” prosessoru, 8 giqabaytlıq əməli yaddaş və 256 giqabaytlıq sərtgövdəli daşıyıcı ilə təchiz edilib.
Leptopun qapağını ayırmaqla onu planşetə çevirmək mümkündür. “CF-XZ6” modeli “Panasonic Toughbook” seriyasında dördüncü qurğudur. Cihazın çəkisi 1,18 kiloqram, planşetin çəkisi isə 640 qramdır. Yeni model 76 santimetr hündürlükdən düşməyə davamlıdır.
Real vaxt rejimində videokonfransların təşkili və ya fotosənədlərin saxlanılması üçün ön və əsas kameralardan istifadə edilə bilər. Əsas kameranın təsvir ölçüsü 8 meqapikseldir.
Qurğu noutbuk rejimində 14 saatadək fasiləsiz işləyə bilər.
“Toughbook CF-XZ6” biznes noutbukunun qiyməti təxminən 2000 dollar təşkil edir.