backend

Heyvanların ziyarətgahı “MAL PİRİ”-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cəhalət xurafata, xurafat da ağla, məntiqə sığmayan gülünc hallara səbəb olur. Cəhalət xurafata, xurafat da ağla, məntiqə sığmayan gülünc hallara səbəb olur.

TİA.AZ xəbər verir ki, Ağdaşda sakinlərin mal piri adlandırdığı yer heyvanlarla ziyarət olunur. Onlar buraya gətirilən heyvanların xəstələnməyəcəyinə, xəstədirsə sağalacağına inanırlar.

Sakinlər inanır ki, daş müqəddəs, ətrafında bitən otlar şəfa verən bitkilərdir. Heyvanlar bu otlardan yeyəndə, sahibləri bura nəzir verəndə heyvanlar xəstəlik tapmır. Gülüncdə olsa Ağdaşın Şıxlı kənd ərazisində olan bu yer sakinlərin inanc yerinə çevrilib və “mal piri” adlanır. Ona görə də bura əsasən heyvanlar gətirilir. Guya pirə gətirilən heyvanlar daha xəstəlik tapmayacaq.

Kəndlilər xəstə heyvanlar üçün baytara müraciət etmək əvəzinə, mal pirinə üz tuturlar. İnsanların inandığı mal pirinin qəribə tarixçəsi var.

Şıxlı kənd sakinləri buna inansa da, bir çoxlarının münasibəti birmənalı deyil. Bəs buna din xadimlərinin münasibəti necədir?

Bir çoban itdiyinə görə “mal piri” adı verilmiş bu yerin məqsədini anlamaq üçün azca düşünmək kifayət edir. Ancaq cəhalət imkan versə.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: