Həyət evləri almaq istəyənlərə XƏBƏRDARLIQ-VIDEObackend

Həyət evləri almaq istəyənlərə XƏBƏRDARLIQ-VIDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Görünüşü dəbdəbəli, qiyməti ucuz olsa da, keyfiyyəti sual altındadır.

Xezerxeber.az-ın məlumatına görə, söhbət “makler” evləri kimi tanınan həyət evlərindən gedir.

Real bazar qiymətindən dəfələrlə ucuz satılan bu evlərə son zamanlar tələbat artıb. Lakin ekspertlər ev almaq istəyənlərə bu məsələdə diqqətli olmağı tövsiyə edirlər.

Əmlak üzrə ekspert Ülvi Əliyevin sözlərinə görə, 100 kvadratmetr ev tikmək üçün təxminən 60 min manat pul lazımdır. Amma elan saytlarında bu ölçüdə olan makler evlərinin qiyməti 45 min manatdan başlayır.

Belə evlərin ucuz olmasının digər səbəbi əmlakın çıxarışının olmamasıdır.

Əksər hallarda ucuz satılan evlər kənd təsərrüfatı təyinatlı torpaqlarda inşa edilir.