Vətəndaşlar fərdi yaşayış evi alarkən mütləq şəkildə həmin evlərin qonşu evlərlə ara məsafəsinin qorunmasına, evlərin dam örtüyünün ayrı olmasına diqqət etməli, mənzillərarası ara məsafənin olub-olmamasına önəm verməlidir. Bu hal vətəndaşın öz mənzilinin qorunması üçün vacibdir.
Bu sözləri Tribunainfo.az-a açıqlamasında əmlak eksperti Elnur Fərzəliyev bildirib. O qeyd edib ki, bu gün mənzil bazarında qiymətlər artdığı üçün vətəndaşlar ucuz qiymətə təklif edilən fərdi yaşayış evlərinə üz tuturlar. Bu evlər də satılmaq məqsədilə tikildiyi tikinti normaları nəzərə alınmır və yanğın zamanı da bu cür evlər təhlükə altına düşür:
“Hər hansısa yaşayış evinin tikilməsi üçün tələb olunan torpaq sahəsinin 40 faizi tikinti sahəsi, 60 faizi isə həyətyani sahəsi olmalıdır. Həmçinin qonşu evlərlə ara məsafəsi mütləq şəkildə qorunmalıdır. Lazkin hazırda xüsusilə Bakı və Abşeron ərazisində tikilmiş çox sayda yaşayış evləri var ki, onlar tikinti normativləri qorunmadan inşa olunub.
Xüsusilə satış məqsədilə tikilən evlərdə bu cür normalar çox vaxt qorunmur. Qonşu evə bitişik və ya çox yaxın evlər tikilir ki, bu da çox təhlükəli haldır. Sənədlərşə probleminin yaranması problemlərdən sadəcə biridir. Ancaq gözlənilməyən bədbəxt hadisələr, yanğın, zəlzələ ola bilir ki, bitişik evlərdə bu cür hadisələrrdən sonra zərərin miqyası böyük olur.
Bitişik, yaxın tikilən evlərin birində yanğın baş verəndə digər yaxın və ya bitişik evləri də çox vaxt qorumaq mümkün olmur. Ona görə də, fikir vermisinizsə, Bakı və Abşeronda xüsusilə ətraf ərazilərdə tikilən bir mənzildə baş verən yanğınn qarşısını almaq çətinləşir və yanğın digər evlərə də keçir. Nəticədə bir deyil, bir neçə mənzilə zərər dəyir.
Vətəndaşlar fərdi yaşayış evi alarkən mütləq şəkildə həmin evlərin qonşu evlərlə ara məsafəsinin qorunmasına diqqət etməli, evlərin dam örtüyünün ayrı olmasına baxmalı, mənzillərarası ara məsafənin olub-olmamasına önəm verməlidir. Bu hal vətəndaşın öz mənzilinin qorunması, özünün təhlükəsizliyi üçün vacibdir”.
Gülşən Rəsul