Heydər Əsədovla görüşə adamları məcburi aparırlar – Rəqibibackend

Heydər Əsədovla görüşə adamları məcburi aparırlar – Rəqibi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

51 saylı Şirvan Seçki dairəsindən deputatlığa namizəd Heydər Əsədov inzibati resurslardan istifadə etməklə ölkədə gedən demokratikləşmə prosesinə maneçilik törədir. O, insanların iş yerlərini və gəlir yerlərini itirmək qorxusundan istifadə etməklə seçiciləri məcburi görüşünə yığır.

Tribunainfo.az xəbər verir ki, bu barədə 51 saylı Şirvan Seçki Dairəsindən digər namizəd Peyman Sadıqov yazıb. O bildirib ki, rəqibi Azərbaycan dövlətinin verdiyi səlahiyyətlərdən istifadə edərək seçkinin azad, ədalətli keçirilməsinə mane olur:

“Büdcədən maliyyələşən təşkilatlara, tibb işçilərinə, yol idarəsi işçilərinə, məktəb direktorlarına tapşırlıb ki, 51 saylı Şirvan seçki dairəsində heç bir namizədin təşviqatına getməsinlər və ancaq Heydər Əsədova səs versinlər.
Şirvan şəhərində məktəb direktorları və səhiyyə rəhbərliyi məcburi olaraq işçiləri Heydər Əsədovla görüşə çağırır və görüş təşkil edirlər.
İnanıram ki, Respublika üzrə təyin olunmuş müşahidəçilər sayəsində dairə üzrə törədilə biləcək kütləvi saxtakarlıqların ciddi qanun pozuntularının qarşısını yüksək səviyyədə alacağıq. Məntəqələrdə bülletenlərin müşahidəçilərin iştirakı ilə sayılması prinsipinin pozulmasının hətta məntəqələrin idarə, müəssisə, təşkilat rəhbərləri, icra nümayəndəsi, bələdiyyə sədri, məktəb direktorları və digər vəzifəli şəxslər tərəfindən nəzarətə götürülməsinin qarşısını alacağıq. Seçicilərin azad səsvermə hüququna birbaşa müdaxilə edilməsinin, yəni məntəqələrdə seçicilərdən şəxsiyyət vərəqələrinin nömrələri qanunsuz olaraq qabaqcadan götürülərək, həmin nömrələr əsasında seçki bülletenləri tapşırıq almış şəxslər tərəfindən qeydiyyat kitabında saxta daxil olunaraq müvafiq qeydlər edilməsinin, beləliklə dairənin əhatəsində olan hər bir məntəqədə 200-300 civarında bülleten YAP-ın namizədi Heydər Əsədovun xeyrinə işarələnərək seçki qutularına atılmasının və bu yolla onun səslərinin şişirdilməsinə mane olacağıq”.

Yavər