“HEYDƏR ƏLİYEVİN TAPŞIRIĞI OLMASAYDI “BABƏK” FİLMİ ƏRSƏYƏ GƏLMƏZDİ…” – RASİM BALAYEVbackend

“HEYDƏR ƏLİYEVİN TAPŞIRIĞI OLMASAYDI “BABƏK” FİLMİ ƏRSƏYƏ GƏLMƏZDİ…” – RASİM BALAYEV

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Babək” filmi çəkiləndə Heydər Əliyevin tapşırığı olmasaydı, o film bəlkə də ərsəyə gəlməzdi, bu cür alınmazdı. Kino işçilərinin qüdrəti çatmazdı o filmi çəkməyə.

Bu sözləri Tribunainfo.az-a Azərbaycanın Xalq artisti Rasim Balayev bu gün 100 illik yubileyi qeyd edilən Ümumilli Lider Heydər Əliyevlə bağlı xatirələrindən danışarkən deyib.
O bildirib ki, H.Əliyevin ona dediyi sözlər indi də xatirindədir:

“Mənə Əməkdar artist adı veriləndən sonra Heydər Əliyevlə görüşümüz olmuşdu. Məni yanına çağırdı, dedi, cavan oğlan, sənə əməkdar artist adı verdim, yaxşı başlamısan, ancaq özündə arxayınlıq hissi yaranmasın, öz üzərində həmişə işlə.
Bu söz həmişə qulağımda sırqa oldu”.

R.Balayev bildirib ki, “Babək” filminin ərsəyə gəlməsində H.Əliyevin böyük əməyi var:

“ “Babək” filmi çəkiləndə Heydər Əliyevin tapşırığı olmasaydı, o film bəlkə də ərsəyə gəlməzdi, bu cür alınmazdı. Kino işçilərinin qüdrəti çatmazdı o filmi çəkməyə. Heydər Əliyev tapşırmışdı ki, bütün zavod və fabriklər o filmin geyimləri, əlbisələri, nisə və qalxanlarını hazırlsın. Baş rolların dəbilqələrini qaşlarla bəzədilməsinə qədər tapşırıq vermişdi. Bütün bunların hamısı o təşkil etmişdi və o tapşırmışdı. Filmin çəkimlərinin yüksək səviyyədə təşkil olunmasının səbəbkarı Heydər Əliyev idi”.