May ayının 10-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94-cü ili tamam olur. May ayının 10-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94-cü ili tamam olur.
Bu münasibətlə Hacıqabul rayonunda onun adını daşıyan Heydər Əliyev Mərkəzində may ayının 1-dən silsilə tədbirlərə və ekskursiyalara start verilib.
May ayının 1-də “Həmişəyaşar Lider” adlı tədbir keçirildi.
4 may tarixində kino zalında Mərkəzin direktoru Aytən Zülfəliyeva tərəfindən Ulu öndər Heydər Əliyevə həsr olunmuş mühazirə oxundu.Sabah isə “Azərbaycan gənclərinin həyatında Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa, 10 may tarixində isə məktəblilər arasında Heydər Əliyevə həsr olunmuş 5 dəqiqəlik “Ən gözəl çıxış” müsabiqəsi keçiriləcək. Bundan başqa mərkəzdə “Açıq Qapı” günləri, ekskursiyalar keçirilir, Heydər Əliyevə həsr olunmuş “Şəxsiyyət”, “Əbədiyyət yolu” və s. filimlər nümayiş olunur. 01.05.2017-ci il tarixindən qrafik əsasında rayonun bütün məktəblərindən müəllim və şağirdlər, idarə və təşkilatların nümayəndələri Heydər Əliyev mərkəzinə gəlirlər.Mərkəzin bələdçisi gələn qonaqlara Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlarla yanaşı mərkəzdə “İslam Həmrəyliyi İli” və “İslam Həmrəyliyi oyunları” ilə əlaqədar açılmış sərgilər barədə də geniş məlumat verir.