“İnsanları qarşılıq inteqrasiyaya təşviq edən və keyfiyyətli həyat tərzini ön plana çıxaran bir şəhərsalma ideaları inkişaf etdirilməlidir”
“Mənim üçün Bakıda ekzotik bir qabiliyyət mövcuddur. Və mən həmişə onun müxtəlif yönlərini görməkdən zövq alıram”.
Kristos Passas – Memar, dizayner. 1998-ci ildən bəri Zaha Hadid Arxitektura şirkətində baş dizayner olaraq çalışır. Hazırda həmin şirkətin direktorlarından biridir. Famaqustada (Kipr) anadan olub. Qaçqın düşən zaman ailəsi ilə birlikdə Limassola (Kipr) köçüblər. Nyu-York, Bruklində Pratt İnstitutunda təhsil alıb. Daha sonra isə Londonda Memarlar Birliyində təhsil alıb. Londonda Memarlıq Birliyində Parametrik Dizayn və Urbaniz sahəsində dərs keçir. Dessau Memarlıq İnstitutu Professordur. Dizayn sahəsində mühüm tətqiqat işlərinin müəllifidir. O, həmçinin dünyada bir çox möhtəşəm binaların layihə rəhbəri, dizayneridir. Kristos Passas Azərbaycanda Heydər Əliyev Mərkəzinin də memar-dizayneri olub.
Məşhur memar, dizayner Kristos Passas HafizTimes.com-a eksklüziv müsahibə verib. O, müsahibə zamanı Zaha Hadidin həyatı , memarlıq, dizayn, urbanizmlə bağlı bir çox mühüm məqamlardan söhbət açıb. Kristos Passas müsahibə zamanı həyata keçirdiyi böyük layihələrindən və Heydər Əliyev Mərkəzinin dizayn prossesi, Bakının dizaynı ilə bağlı fikirlərini ifadə edib:
– Necə oldu ki, dizayner olmağa qərar verdiniz?
– Lap körpə yaşlarımda qum üzərində evlər tikməyi sevirdim. Böyüyəndən sonra isə bir dəfə Helsinkidə Elm Muzeyində Soyuz Modul Kapsulunun nümayiş etdirildiyi sərgini ziyarət etdim. Başqa bir dünyanın mövcud olduğunu ilk dəfə görmək çox həyəcanlandırıcı idi.
– Hazırda hansı layihələrin üzərində çalışırsınız?
– Komandam və mən inkişafın müxtəlif mərhələlərini əks etdirən bir çox layihələr üzərində çalışırıq. Dubaydakı Opus və Nicosiadakı Eleftheria Meydanı kimi mənim bir çox köhnə layihələrimin dizaynları artıq tamamlanmaq üzrədir. Moskvadakı Sperbank üçün Texnopark layihəmiz üzərində də çalışırıq. Digər layihələrimiz də dizayn mərhələsindədir. Moskvadakı Smart City layihəsi və Novorossiskidəki “Masterplan” layihəsini başlamaq üçün səbirsizliklə gözləyirik.
– Uzun illər birlikdə çalışdığınız məşhur memar Zaha Hadidin davamçısı olmağın hansı çətinlikləri var?
– Əlbəttə ki, belə bir mövqedə olmaq çox çətindir. Zaha inanılmaz bir qadın, məsləhət verən, möhtəşəm dost idi. O, həmçinin bütün bunları qarşısındakı insandan da tələb edirdi. Düşünürəm ki, bizim xarakterlərimizdəki bu məqamlar eynidir. Mənim haqqımda da “mükəmməllik tərəfdarı” olduğumu deyirlər. İş hər zaman və hər yerdə çox mühümdür. Bu çox dəyərli bir hissdir.
– Zaha Hadidlə əməkdaşlıq necə idi?
– Hər şeydən öncə biz nə etdiyimizə inanırdıq. Çox yaxşı iş ortaya çıxarırdıq. Dünyanı heyrətləndirmək heç də asan bir iş deyil . Ancaq biz yerlərin və quruluş sistemlərinin azadlığı ilə əlaqəli olan və mümkün ola biləcək bütün ideaları həyata keçirməyə çalışdıq. Düşünürəm ki, komandada olan hər kəs bu hissi bölüşür.
– Sizcə Zaha Hadidin uğur sirri nə idi?
– Çətin işlər, vizyona diqqət yetirmək və hər şeyi görmək qabiliyyəti.
– Növbəti 10 il ərzində memarlığın inkişafını necə dəyərləndirirsiniz?
– Həyəcanladıran və çətin bir dövr olacaq. Son on il qlobal tənəzzüllə müşayət olundu. Nəticədə bir çox insan öz fikir və idealarında mühafizəkar oldu. Ancaq dünyanın hazırda daha çox mərd, azad və pozitiv hisslərə ehtiyacı var.
– Yeni layihələriniz barədə bilmək istərdik.
– Hazırda layihələrimizin geniş miqyaslı masterplanları ilə məşğul oluruq. Ekoloji və texnoloji konsepsiyaları memarlıqla bütünləşdirmək və inkişaf etdirmək istiqamətində çalışırıq. Amma istərdim ki, həmin məkanın konsepsiya və xüsusiyyətlərinə uyğun olaraq təcrübəmizi davam etdirək. Hər dəfə dizayn etdiyimiz zaman dünyanı yenidən kəf etməyə ehtiyac duyuruq.
– Urbanizm layihələrinin (şəhərsalma) gələcəyi haqqında nə düşünürsünüz?
– Düşünürəm ki, urbanizm idealarını inkişaf etdirmək mühümdür. Yəni ki, daşınmaz əmlak anlayışı artıq geridə qalmalıdır. İnsanları qarşılıq inteqrasiyaya təşviq edən və keyfiyyətli həyat tərzini ön plana çıxaran bir şəhərsalma ideaları inkişaf etdirilməlidir. Bu asan bir iş deyil. Bəzən iqtisadi, bəzən də texniki problemlər üzə çıxır. Amma bunun üçün hər kəs cəhd etməlidir.
– Azərbaycanda Heydər Əliyev Mərkəzini dizayn etməyə başladığınız həmin günləri necə xatırlayırsınız?
– Layihənin başladığı günləri xatırlayıram; Ofisdə bir canlanma müsahidə olunurdu. Böyük bir işi həyata keçirmək hissi mövcud idi.
– Hansı elementi hazırlamaq daha çox vaxtınızı aldı?
– Dizaynı tamamlanmaq bir neçə il davam etdi. Binanın hər bir küncü dəfələrlə təhlil etdik və nəhayət inşa etdik.
– Heydər Əliyev Mərkəzinin ornamentləri barədə şəxsi fikiriniz necədir?
– Mən həmişə özününküləşdirilmiş perspektivlərin idealarını təbliğ edən binaları sevirəm. Heydər Əliyev Mərkəzi də belə bir binanın çox gözəl nümunəsidir.
– Azərbaycan, Bakı haqqında düşüncələrinizi bilmək istərdik. Bakının dizaynını bəyəndiniz?
– Bakıda kifayət qədər vaxt keçirmək üçün şansım olmadı. Amma Bakı çox xoşuma gəldi. Mənim üçün Bakıda ekzotik qabiliyyət mövcuddur. Və mən həmişə onun müxtəlif yönlərini görməkdən zövq alıram.
– Hansı layihənizlə daha çox qürur duyursunuz?
– Zaha Hadidlə çalışdığım birinci lahiyə ilə qürur duyuram – Volfsburqdakı Elm Mərkəzi. Eyni zamanda bütün layihələrimlə qürur duyuram.
– Hazırladığınız dizaynlarla bağlı qiyməti necə müəyyənləşdirirsiniz?
– Müştərinin istəyinə uyğun olaraq hazırladığımız dizayn üçün sərf etiyimiz vaxt və göstərdiyimiz səylərə uyğun olaraq dizayn xərcləri müəyyənləşdiririk.
– Binaların dizaynı hər hansı bir psixoloji əhəmiyyətə malikdir?
– Düşünürəm ki,dizaynın insanlara çox böyük təsiri var. Bina darıxdırıcı, həyəcan verən, ruhlanıdıran, sərt, yumşaq və s. ola bilər.
– Gənclərə uğur qazanmaqla bağlı hansı məsləhəti verərsiniz?
– Hər zaman özümə də verdiyim bir məsləhətim var: “İndi imtina edə bilməzsən!”.
Hafiz Əhmədov
Fotolar – Adil Yusif
HafizTimes.com