“Heydər Əliyev İli” çərçivəsində Nəsimi rayonunda silsilə tədbirlər keçirilibbackend

“Heydər Əliyev İli” çərçivəsində Nəsimi rayonunda silsilə tədbirlər keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hərtərəfli inkişaf strategiyası ölkə həyatının bütün sahələrini əhatə edir, o cümlədən cəmiyyətimizin kövrək təbəqəsi olan uşaqlara yüksək qayğı ilə yanaşılır, onların problemlərinin həlli istiqamətində konkret addımlar atılır. Azərbaycan dövlətinin bu istiqamətdə atdığı addımlara Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da olduqca böyük töhfələr verir.

Nəsimi Rayon İcra Hakimiyyətinin  təşkilatçılığı ilə 1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə “KOALA PARK” Uşaq Əyləncə Mərkəzində rayonda yerləşən  268 nömrəli xüsusi məktəbin  uşaqları ilə tədbir keçirilib. Süfrə arxasında keçirilən tədbirdə, onların qayğıları ilə maraqlanılmış, eyni zamanda uşaqlar müxtəlif oyun elementlərindən istifadə etmişlər. Sonda uşaqlara  hədiyyələr təqdim olunmuşdur.

“Heydər Əliyev ili” çərçivəsində Nəsimi rayonunda yerləşən “Zabitlər Bağı”nda da  “Uşaqlar bizim gələcəyimizdir” adlı tədbir keçirilib. Rayonda yaşayan aztəminatlı ailələrdən olan uşaqlar üçün süfrə təşkil olunmuş, 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin iştirakı ilə müxtəlif rəqslər və musiqi nömrələri təqdim olunmuşdur. Sonda xatirə şəkilləri çəkilmişdir.

Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən xüsusi qayğıya ehtiyacı olan uşaqlara mütəmadi olaraq baş çəkilir, görüşlər keçirilir, xeyirxah tədbirlər, mədəni yığıncaqlar təşkil edilir.

Qeyd edək ki, keçirilən silsilə tədbirlər çərçivəsində  rayon İcra Hakimiyyəti tərəfindən 1 saylı Körpələr Evi ziyarət olunaraq valideyn himayəsindən məhrum olmuş uşaqlara baş çəkilmiş, onların vəziyyəti ilə maraqlanılmış,  bayram sovqatları,  müxtəlif oyun elementləri və maddi yardımlar təqdim olunmuşdur.

Eyni zamanda Nəsimi rayon məktəbliləri arasında 28 May – Müstəqillik Gününə həsr olunmuş mini futbol turnirinin final mərhələsi də keçirilib.

Tədbirdə idarə, müəssisə və təşkilat rəhbərləri, Şəhid ailələri, Vətən müharibəsi əlilləri, rayon ictimaiyyəti nümayəndələri və rayon gəncəri iştirak ediblər.

Turnirdə Nəsimi rayonu üzrə 24 tam orta məktəb və liseyin 7-ci,8-ci sinif şagirdləri (oğlanlar) mübarizə aparıblar.

Qalib komandalara diplomlar təltif olunub, kubok, medal, və müxtəlif hədiyyələr təqdim edilmişdir.