Heydər Əliyev Beynəlxalq Aeroportuna dəmir yolu xətti çəkiləcək

Heydər Əliyev Beynəlxalq Aeroportuna dəmir yolu xətti çəkiləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəhər ətrafından paytaxta gün ərzində 400 min sərnişin daxil olmaqdadır və bu sərnişinlərə xidmət göstərilməsi üçün dəmir yolunun xidmətlərinin genişləndirilməsi proqramı da nəzərdə tutulmuşdur.

Bunu nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev deyib.

O qeyd edib ki, burada ilk olaraq Abşeron dairəvi yoluna qatarların əlavə edilməsi, yük qatarlarının dairəvi yola daxil olmasının qarşısının alınması üçün Güzdək-Qaradağ dəmir yolunun istifadəyə verilməsi nəzərdə tutulmuşdur: “Həmçinin mövcud olan, lakin köhnəlmiş və istifadədən çıxarılmış bəzi dəmir yollarının da istifadəyə qaytarılması qərara alınmışdır. Bunlar “Zabrat 2”-“Maştağa”-“Bağlar”-“Albalı”, Bakıxanov-Binə-Qala-Yeni Suraxanı-Hövsan istiqamətləridir ki, bunlar da sərnişin axınına xidmət göstərməyə imkan verəcəkdir. Növbəti mərhələdə Yeni Suraxanıdan Heydər Əliyev Beynəlxalq Aeroportuna dəmir yolu xəttinin çəkilməsi nəzərdə tutulmuşdur ki, orada sərnişin axını artdıqda dəmir yolu xidmət göstərə bilsin”.