Xətai rayonu, Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində Xətai rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Kilimarası” kukla teatrının təqdimatında uşaqlar üçün “Tıq-tıq xanım” adlı kukla tamaşasının nümayişi təşkil olunub.
Tamaşa uşaqlar tərəfindən maraqla qarşılanıb. Tədbirin sonunda gənc tamaşaçılar üçün müxtəlif nağıl personajlarının iştirakı ilə əyləncəli proqram da təşkil olunub.