Xəbər veridyimiz kimi Rusiya İslam Komitəsinin sədri, politoloq Heydər Camal 70 yaşında vəfat edib.
Xəbər veridyimiz kimi Rusiya İslam Komitəsinin sədri, politoloq Heydər Camal 70 yaşında vəfat edib.
Məlumata görə, o, bu gün səhər saat 4-də Almatıda özəl klinikalardan birində vəfat edib.
“Life.ru” saytının yazdığına görə, məşhur ictimai xadim bir neçə ildir onkoloji xəstəliklə mübarizə aparırdı. Onun vəziyyəti bir neçə həftə əvvəl pisləşib. Heydər Camal Almatı şəhərinin həkimlərinə kömək üçün müraciət edib. Ancaq intensiv müalicə nəticə verməyib.
Heydər Camal Qazaxıstanın Almatı şəhərində “Kensay-2” qəbiristanlığında dekabrın 6-da dəfn ediləcək. Vida mərasimi yerli vaxt saat 11-də başlanacaq.
TİA.AZ