“Həyatımda sevdiyim şəxs var” – Xatun

“Həyatımda sevdiyim şəxs var” – Xatun

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Balaşdan sonra yalnız qaldım. Ən yaxın adamlar belə üzlərini məndən çevirdilər. Mənə dözə bilmədilər”.

Tribunainfo.az xəbər verir ki, bu sözləri müğənni Xatun Əliyeva “Qonaqcanlı” verilişində deyib. O, hayatında sevdiyi şəxsin olduğunu etraf edib:

“Bu 4 ildə həyatımda məni başa düşəcək insanlar olmadı. Hazırda həyatımda sevdiyim biri var. O da çox acılar yaşayıb. Onun da böyük itkisi var. Həmin gün onunla danışıb birgə ağladıq. Sevdiyim insandır. Bizi birləşdirən dərdlərimiz var. Dünyəvi problemləri həll etmək olar. Amma gənc yaşdakı itkilərlə barışmaq olmur”.

Qeyd edək ki, Xatunun qardaşı Balaş 2021-ci ildə xərçəngdən vəfat edib.