Həyat yoldaşını öldürüb zibil qutusuna atdı – FOTObackend

Həyat yoldaşını öldürüb zibil qutusuna atdı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qaziantepdə həyat yoldaşını öldürdükdən sonra onu çuvalın içinə qoyub zibil qutusuna atan qətl şübhəlisi həbs edilib.

Tribunainfo.az Ensonhaberler-ə istinadən xəbər verir ki, qətl şübhəlisi ifadəsində boşanma prosesində olduğu həyat yoldaşını mübahisədən sonra öldürdüyünü bildirib.

Mübahisədən sonra Abdo M. həyat yoldaşı Dibe Cevatı boğaz və qarın nahiyəsindən bıçaqlayaraq öldürüb.

Qətl törətməkdə şübhəli bilinən şəxs daha sonra cəsədi ədyala büküb, torbaya qoyub və evlərinin qarşısındakı zibil qabına atıb.

Zibil atmaq istəyən vətəndaşların cəsədi gördüyü zaman hadisə üzə çıxsa da, Abdo M.-nin cəsədi evdən çıxararaq zibilliyə atdığı anlar yaxınlıqdakı təhlükəsizlik kamerasına saniyə saniyə qeydə alınıb.

Hadisədən sonra geniş iş aparan Asayiş Şöbə Müdirliyi Cinayət Büro Komandirliyi qrupları, qatil şübhəlisinin cəsədi zibil qutusuna atdıqdan sonra mühafizəçi işlədiyi tikinti sahəsinə getdiyini təyin edib.

Qatil şübhəlisi Abdo M. mühafizəçi işlədiyi tikintidə polis qrupları tərəfindən tutularaq saxlanılıb.