Türkiyəli müğənni Oğuzhan Koç Yeni il gecəsi səhnəyə çıxması üçün təklif olunan 1.5 milyon lirədən imtina edib.
Tribunainfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb Yeni il gecəsini həyat yoldaşı Demet Özdemirlə birlikdə qeyd etmək istəməsi olub.
Belə ki, müğənni Koç Yeni ili həyat yoldaşıyla qarşılayacaq.
Qeyd edək ki, cütlük bu ilin avqust ayında evlənib.