“Ailə qurmaq mütləq lazımdır. 1972-ci ildən bu sənətdəyəm. 9-cu sinifdə oxuyandan oxuyuram. Ailə qurandan sonra tamam dəyişildim. Evdə oturmğı xoşladım”.
Tribunainfo.az xəbər verir ki, bu sözləri Əməkdar artist Rühəngiz Musəvi “Nigar xanım” verilişində deyib. Müğənni keçmiş həyat yoldaşından, ailəsindən danışıb:
“Sənətimlə məşğul olurdum, efirə çıxırdım. Özümü 50 faiz sənətə, 50 faiz ailəmə sərf etdim. Qızım dünyaya gələndən sonra istəyim övladıma keçdi. Həyat yoldaşım dedi ki, sənəti at. Dedim ki, yox, əsla, məni sənətdə görüb sevmisən. Sənət məni yaşadır. Evimin həm xanımı, həm də qulluqçusu olmuşam”.