Yəqin ki, bir çoxunuz bilirsiniz ki, insanın müxtəlif növ qidası var:
Yəqin ki, bir çoxunuz bilirsiniz ki, insanın müxtəlif növ qidası var:
1. Mənəvi və ya ruh, psixoloji (mədəniyyət, incəsənət məhsulları ilə qidalanma, musiqi dinləməklə, rəsmə baxmaqla, tamaşa və ya film izləməklə və s.);
2. Fiziki (ərzaq məhsulları və içki);
3. İntim və ya fiziki təmas.
4. Yaradıcı beyin (mütaliə, müşahidə, fəlsəfə)
5. Orqanizmin sağlam qidasının son elementi – idman və gəzinti, istirahət.
Bu qidaların hamısını almayan və ya ala bilməyən şəxs özünü hər mənada tam, mükəmməl və sağlam saya bilməz. Bu qidaların hamısı insan üçün eyni zamanda və paralel olaraq lazımdır. Belə ki, yarımçıq insan da, tam insan da dərhal digərinsanlardan seçilir.
Bu qidaların insan həyatında rolu və zəruriliyini kimsə inkar edə bilməz. Sağlam ruhun və orqanizmin olması üçün hər bir qida növünün əvəzedilməz rolu vardır.
Məsələn, mənəvi və ruh qidası tək rəsmə baxmaq, musiqi dinləməklə, filmə və ya tamaşaya baxmaqla bitmir, həm də özünü bu ruh məhsullarını yaradan sahiblərin yerinə qoymağa və yaratmağa da sövq edir, beləliklə sərf etdiyimiz enerji qəbul etdiyimiz və paylaşdığımız qmənəvi və ruh qidasından asılı olaraq artır, paylaşılan hər şey artır. Neqativ qida olacaq, neqativ artacaq, pozitiv olacaq, pozitiv artacaq. Kimə nə verirsənsə, o daqayıdır. Həyatın bu qanunu insanların özlərinə də birbaşa keçmişdir.
Ya da ki, fiziki qida, ilkin və zəruri qida məhsulu və su olmadan insan yaşaya bilməz, qısa zamanda xəstəlik tapar. Yəni bizim qəbul etdiyim qida məhsulları və suda orqanizmin işləməsi və sağlam qalması üçün lazım olan minerallar, vitaminlər, xeyirli bakteriyalar vardır. Bu isə orqanizmi möhkəmləndirir və insanın yaşamasına səbəb olur.
İntim və fiziki təmas insanın əsas qidalarından biridir, bu qidanı öncə qəbul etmiş şəxslər üçün bu qidasız yaşamaq çətin olur və səhhətinə, əsəb və ruh halına birbaşa təsir edir, hətta xarakterinə də dolayısı təsiri olur. İntim insanın orqanizminə müsbət təsirlər də göstərir, mənfi təsirlər də… Məsələn, qorunmadan, ya da ki, xəstə, infeksion xəstəlik daşıyıcısı ilə əlaqə insanın xəstələnməsinə, uzunmüddətli və davamlı müalicəsinə və digər insanları yoluxdurmasına səbəb ola bilər. Bu qida növü də sağlam olmalıdır ki, orqanizm sağlam olsun.
Ən əsas qida növlərindən biri də yaradıcı qidadır, beynin birbaşa qidalanmasıdır. Bunun üçün isə mütaliə etməlisən, öz zövqünü formalaşdırmalısan, məntiq və fəlsəfəni, düşüncəni qidalandırmalısan. Əks halda, beyin inkişafdan geri qala bilər və insan inkişaf edə bilməz. Çünki insanı onun beyni idarə edir. Beyin ən dəyərli orqandır və onu qidalandırmaq vacibdir. Özü də ki, bu qida sağlam olmalıdır.
Sağlam bədəndə sağlam ruh olar. Sağlam bədən üçün sağlam qidadan əlavə sağlam həyat tərzi sürmək, istirahət etmək, yuxu və yemək rejiminə riayət etmək və idmanla məşğul olmaq lazımdır. İstirahət və idman isə bir-biri ilə birbaşa əlaqəlidir. İstirahətsiz orqanizm tez yorulur, xəstələnir, idmansız isə insan orqanizmi fiziki baxımdan möhkəm ola bilmir, xəstəliklər önündə aciz olur. Səhər tezdən oyanıb idman etmək və ya işdən, dərsdən sonra piyada gəzmək, velosiped sürmək, qaçmaq özü də bir idmandır.
Bütün bu qidaları bir araya gətirmək üçün isə insan bunu istəməlidir. Çünki bu həyatda rəqabətə dözümlü olmaq və mübarizə zamanı məhv olmamaq üçün lazımdır.
Həyata gəlincə, insan və onun xarakteri müxtəlif hissələrdən ibarət mozaika və ya pazldır. Bir yerə yığırsan, düz yığdınsa, bir mənzərə alınacaq, tam və düz yığdınsa, həqiqəti görəcəksən və həyatı, özünü dərk edəcəksən.
İnsanın özünün və həyatının dəyişilməsinə iki amil səbəb qismində təsir edir:
- Çıxılmaz vəziyyət-neqativ nəticə və amildir;
- İlham-ruh yüksəkliyi – pozitiv nəticə və amildir.
Mozaikanın əsas 5 elementi-bucağı isə:
- Fəlsəfə- insanların şəxsi fəlsəfəsi, bilikləri və bu bilikləri əldə etmə prosesindən asılı olaraq formalaşır. Şəxsi fəlsəfə yelkən düzülüşünə bənzəyir. Hər bir insan güclü şəxsi fəlsəfəsini hazırlamalı, yeni informasiya almağa və verməyə hazır olmalı, şəxsi təcrübələrindən dərs almalı, kənar rəylərdən istifadə etməyi öyrənməli, başqa insanların uğursuzluqlarından və uğurundan nəticə çıxartmalı, pozitiv təsirin gücündən istifadə etməli, yaxşı müşahidə etməyi bacarmalı, yaxşı dinləyici olmalı, çox sayda kitab oxumalı, şəxsi gündəlik tutmalı və öz qərarlarını özü verməyi, qəbul etməyi bacarmalıdır;
- Həyata və özünə münasibət – insan həyatı əhəmiyyətli dərəcədə onun nə bildiyindən asılıdır. Belə ki, verilən qərarlar çox zaman nəzəri və ya praktiki biliklərə əsaslanır. İnsan həm də hiss etdiyindən də çox asılıdır. Həyat və insanın şəxsi fəlsəfəsi əsasən həyatın məntiqi tərəfi-informasiya və ya düşüncə tərzi ilə bağlı olduğu halda, yaşayışına təsir edən emosional tərəfi əsasən həyata, insana münasibət vasitəsilə müəyyən edilir. Bilik fəlsəfəni, hisslər isə münasibəti, rəftar və ya davranışı müəyyən edir. Hisslər də bilik kimi keçmiş, indiki və gələcəyə bölünür. Keçmiş bilik və təcrübəmizdir, nəticədir, indiki zaman yaşam və yeniliklərdir, gələcək isə gözləntilərdir. Münasibət düzgün olarsa, nəticə də pozitiv olar. Unutmaq olmaz ki, ən yaxşı gələcək bu gündən başlayır və bu gün dünənə çevrilir. Deməli, gələcək də keçmiş olacaq. Ona görə də münasibət hər bir zamana uyğun olmalıdır. Hər şey başlanmadan bitir, başlanğıcın sonu vardır. Daha yaxşı gələcəyin öz konstruksiyası, gələcəyin isə öz qiymət cədvəli vardır və bu cədvəldə dəyər və qiymətlər dəyişə bilər. Təkbaşına uğur əldə etmək olar, amma çox çətindir. Öz vacibliyinin dərk edilməsi önəmli addımdır, prosesin başğalnğıcı, özünə baxış seçim mərhələsi, başqaları ilə ünsiyyət və başqalarına münasibət isə hisslərə təsir edir. Ətrafda kimin olması, onların hansı təsiri göstərməsi bu təsirlərin əlverişli və xeyirli olub olmaması önəmli amillərdir. Məhdud ünsiyyətin öz xeyri var, geniş ünsiyyətin isə öz əhəmiyyəti vardır. Yeni və daha təsirli mənbələr daim axtarışdadır. Həyatın dəyişməsi prosesi insanın daxilindən başlayır.
- Fəaliyyət və ya təcrübə – Həyat öz mükafatlarını ehtiyaca görə deyil, xidmətə uyğun olaraq verir.İnsan həyatın ona verdiyi imkanlardan istifadə etməlidir. Gec-tez bütün bilik və pozitiv baxışlar fəaliyyətə çevriləcək. Ona görə də fəaliyyətə möhkəm və sağlam şəxsi fəlsəfə və həyata düzgün münasibətlə başlamaq lazımdır. Uğur və xoşbəxtlik üçün tək bilik, hiss və dərk etmə, fəlsəfəmiz yetmir, fəaliyyət mütləq olmalıdır. Bəzən insanlar elə ilk mərhələdə ilişib qalırlar, çünki yetərincə cəsarətləri, özlərinə inamsızlığı və maneələrə münasibətdə qorxuları və çoxsaylı bəhanələri vardır. Ən əsası istək və fəaliyyətimiz səmimi olmalıdır. Bəzən insanlar malik olduqların hər şeyi məşğul olduqları işə sərf etmir və işlərini sevmirlər. Ona görə də uğursuz və bədbəxtdirlər. İnsan inadkar və mübariz olmalıdır. Çətinliklərdən qorxmamalıdır. Nəticə əldə etmək üçün fəaliyyətdə olmaq lazımdır. Nəticə əldə edəndən sonra istirahət etmək olar. Öncə zəhmət çək, sonra bəhrəsini gör, daha sonra isə dincəl. Uğura gedən yol qısa olmur, qısa yol varsa, o təhlükəli yoldur. Geri o yolla qayıtması da qısa çəkəcəkdir. Dəyişmə prosesi seçimlərdən və qərarlar, istəklərdən başlayır. Fəaliyyət düşünülmüş olmalıdır. Fəaliyyət planlaşdırılmalıdır. Ən yaxşı plan isə sadə plandır. Fəaliyyət intizamlı olmalıdır;
- Nəticələr- unutmayın, vaxtında başlanmış istənilən işgüzar və ya şəxsi fəaliyyət, lazımi vaxt keçdikdən sonra gözlənilən nəticəni verəcəkdir. Uyğun vaxt seçimi üçün əsas məhsuldarlıq, fəaliyyətin məqsədi isə nəticələrdir. Nəticələr hər zaman sərf olunan zəhmətlə mütənasiblik təşkil edir. Nəticə- keçmişdə yaranmış imkandan yaxşı istifadə etmiş insanlar üçün mükafatdır. Əldən verilən imkan nəticə verməyəcək. Nəticələr ölçülməlidir. Birinci ölçü vahidi-nailiyyətdir, ikinci yol insanın necə olmasına nəzər yetirməkdir. Hazırda nəyə malikdirsə insan, onu şəxsiyyəti hesabına cəlb edir. Uğurun ardınca qaçmaq yox, onu cəlb etmək lazımdır. Daha çox inkişaf etmiş insan, şəxsiyyət, daha çox yaxşı nəticələrə nail olur. Gələcəyin mükafatları insanı gözləyir. Dəyəri ödəyən, perspektivi qazanır. Nəticələr tez-tez yoxlanılmalıdır. Real vaxt ərzində hiss ediləcək uğurlar qazanılmalıdır.Unutmayın, baş verən hadisələr hər kəsin başına gəlir. Etinasızlıq gələcək problemləri artırır. Əminlik nəticələri müəyyən edir. Həyat insana iki seçim verir, bu seçimə uyğun da nəticə verir, maksimum və minimum;
- Həyat stili- yekun şəxsiyyət kateqoriyasını müəyyən edən mozaikadır. Necə yaşamağımız və həyatımızı necə qurmağımızdır. Çox adam yaxşı qazanmağı öyrənsə də, yaxşı yaşamağı öyrənə bilmir, öyrənmir. Həyat stili insanın həyata münasibəti və dəyərlərinin əksidir. Miqdar və məbləğ anlamı deyildir. Həyat stilində mədəniyyət, zövq miqdara daxil deyildir. İnsanın kim və necə olmasının əksidir. Həyat stilini öyrənmək və təcrübədə tətbiq etmək lazımdır. İstənilən nəyəsə çatan zaman əldə olanla xoşbəxt olmağı öyrənmək lazımdır. Olduğu yerdə olmalıdır insan. Qoy, həyat insana toxunsun.