Hesablama Palatası DSMF barəsində Baş Prokurorluğa müraciət etdibackend

Hesablama Palatası DSMF barəsində Baş Prokurorluğa müraciət etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2021-ci il üçün Dövlət sosial müdafiə fondunun (DSMF) icra olunmuş gəlir və xərc göstəriciləri üzrə bəzi uyğunsuzluqlar aşkar olunub.

Hesablama Palatasından Tribunainfo.az-a verilən məlumata görə, fondun xəzinədarlıq vasitəsilə icra edilmiş gəlirləri və xərcləri barədə məlumatların üzləşdirilməsi ilə bağlı hüquqi aktlarda qeyd edilmiş tələblər tam təmin olunmayıb. Bu isə sair daxilolmaların məbləğinin hesabatlarda 8,7% çox göstərilməsi ilə nəticələnib. 2021-ci il ərzində 40,8 mln. manat məbləğində sığorta haqqının Fond tərəfindən sığortaolunanların fərdi şəxsi hesablarında əks etdirilməyib.

Məlumatları təhrif edilmiş sənədlər əsasında 24 rayon (şəhər) üzrə 51 nəfərə 20 aprel 2013-cü il tarixədək pensiya təyin edilməklə 884 min manat məbləğində vəsait ödənilməsi halı və respublikanın digər rayon və şəhərlərində eyni hal üzrə cinayət tərkibinin əlamətlərinin olma ehtimalını diqqətə alaraq kənar dövlət maliyyə nəzarətinin nəticələri barədə müvafiq materialların Baş Prokurorluğa göndərilməsi qərara alınıb.