27.11.2017-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 903,10 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 10,01% təşkil etmişdir.

“Marja”nın məlumatına görə, Mərkəzi Bank 300 milyon manat cəlb edəcəyini açıqlamışdı və bu məbləği də cəlb edib.
Xəbər verdiyimiz kimi, 20.11.2017-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 623,35 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 10,01% təşkil etmişdi.
13.11.2017-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 790,1 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 10,01% təşkil etmişdi.
Bu gün bank sektorunda 6,5 milyard manatdan çox likvid vəsait var və bu vəsait iqtisadiyyatın kreditləşdirilməsinə yönəldilmir. Bu vəsaitlərin böyük hissəsi qısamüddətli vəsaitlərdir.
TİA.AZ