Mətbəxlərimizin əvəzolunmaz üç inqrediyenti limon, duz və qara bibərdir. Yeməklərin dadını artırmaq üçün istifadə etdiyimiz bu maddələr birləşdirildikdə xəstəliklər üçün çox faydalı olur.
Tribunainfo.az Milliyet-ə istinadən xəbər verir ki, limon , duz və qara bibərin birləşməsi yeməyin dadını artırmaqla yanaşı, sağlamlıq və təmizlik üçün də çox faydalı ola bilər. Ağız yaralarını aradan qaldırır
Ağız yaraları sağlamlığınızın yaxşı olmadığının əlaməti ola bilər. Müxtəlif xəstəliklərin riskini gətirən bu problemi aradan qaldırmaq üçün limon, duz və qara bibər qarışığından istifadə edə bilərsiniz.
Bir limonun suyunu bir çay qaşığı duz ilə qarışdırın və isti suya əlavə edin. Hər yeməkdən sonra bu güclü qarışıqla ağzınızı yaxalayın.
Boğaz ağrısı üçün əla formula
Müxtəlif səbəblərdən yaranan boğaz ağrıları limon, istiot və duzun birləşməsi ilə aradan qaldırıla bilər. Tərkibindəki güclü birləşmə və zəngin maddələr sayəsində boğazınızdakı iltihab aradan qalxacaq.
3 təzə limonun suyunu, yarım çay qaşığı qara bibər və bir çay qaşığı dəniz duzunu ilıq suda qarışdırın. Boğaz ağrısını müalicə etmək üçün bu müalicə ilə qarqara etməyə çalışın. Davamlı öskürəyə qarşı təsirli bir dərman olacaq.