“Hermes Finance” ASC vətəndaşa vurduğu ziyana görə məhkəməyə verilib.
Tribunainfo.az xəbər verir ki, ASC ilə bağlı iddianı Bayramlı Günel Arif qızı və Sərdarlı Elnur Arif oğu qaldırıb. “Hesmes Finance”la birgə prosesə Qarayev Rövşən İntiqam oğlu da cəlb edilib.
İşin mahiyyəti mülki hüquq pozuntularından əmələ gələn öhdəliklər üzrə mübahisədir. İddiaçı ona dəymiş maddi ziyanın ödənilməsini tələb edir.
ASC ilə bağlı iş baxılması üçün Nizami rayon məhkəməsinə göndərilib. 15 noyabr tarixində hakim Qumru Əliyevanın sədrliyi ilə işə baxılacaq.
Qeyd edək ki, “Hermes Finance” lizinq şirkəti 2018-ci ildə təsis edilib. “Hermes Finance”ASC-nin səhmdarları Sadiq Səbinə (50%), Mehrəliyeva-Rzayeva Nuranə (16%), Cəfərov Rəvandır (34%).
Qarşı tərəfi dinləməyə hazırıq.
Nigar