Hərbi xidmətlə bağlı mühüm xəbər

Hərbi xidmətlə bağlı mühüm xəbər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda hərbi xidmət müddətinin 1 il 6 aydan 1 ilə endirilməsi müzakirə edilir.

Tribunainfo.az-a açıqlama verən politoloq Elşən Manafov məsələyə münasibət bildirib.

Politoloqun sözlərinə görə, Ermənistanla münasibətlərdə gərginliyin qaldığı, region və ətrafını təhdid edən ciddi təhlükəsizlik problemlərinin qaldığı bir şəraitdə buna getmək təhlükəsizlik maraqları baxımından məqbul sayıla bilməz.

“Digər tərəfdən 1 illik xidmətə keçid ölkədə demoqrafik inkişaf göstəricilərindən asılı olan bir məsələdir.
1illik xidmətə keçid professional ordu formalaşdırılması zərurətini də doğura bilər. Bu halda Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin azaldılması məsələsi gündəmə gələcək, zira mütəxəssislər Azərbaycan boyda ərazi və əhali göstəriciləri olan ölkə üçün 35-40 minlik ordunun olmasını məqbul bilirlər. Bu ordunun saxlanılmasına maliyyə məsrəflərini azaltmaqla yanaşı, onun döyüş qabiliyyətinin yüksəlməsinə öz töhvəsini vermiş olacaq”.

Dəniz Pənahova