“Hərbi vəziyyətin ləğv edilməsi haqqında” sənəd plenar iclasa tövsiyə olunub

“Hərbi vəziyyətin ləğv edilməsi haqqında” sənəd plenar iclasa tövsiyə olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin onlayn iclası keçirilib.

TİA.AZ-ın xəbərinə görə, iclasda “Hərbi vəziyyətin ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı barədə sənəd müzakirəyə çxıarılıb.

Müzakirələrdən sonra sənəd parlamentin dekabrın 11-də keçiriləcək plenar iclasına tövsiyə olunub.

Sənədə əsasən, Azərbaycanda 2020-ci il dekabrın 12-si saat 00:00-dan hərbi vəziyyət ləğv olunacaq.