backend

Hərbi salam verə bilməyən prokurorun kimliyi bilindi-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mərhum Prezident Heydər Əliyevi anım günündə prokurorluq əməkdaşlarının Fəxri Xiyabanı – Heydər Əliyevin məzarını ziyarəti zamanı maraqlı hadisə baş verib.    

Mərhum Prezident Heydər Əliyevi anım günündə prokurorluq əməkdaşlarının Fəxri Xiyabanı – Heydər Əliyevin məzarını ziyarəti zamanı maraqlı hadisə baş verib. 


Yayılan videokadrlarda belə bir an diqqəti cəlb edib ki, prokurorlardan biri hərbi salamı sol əllə verib. 

Dünəndən etibarən düzgün hərbi salam verə bilməyən prokurorun kimliyi ciddi müzakirələrə səbəb olub.

İnternetdə, sosial şəbəkələrdəki müzakirələrdə hərbi salamı sol əllə verən prokurorun kimliyi açıqlanmasa da, prokurorun sağ əlinin protez olduğu, bu səbəbdən də hərbi salamı digər əliylə verdiyi iddiaları irəli sürülüb.

TİA.AZ-ın əldə etdiyi məlumata görə, sözügedən şəxs Bakı şəhər Prokurorluğunun prokurorluqda İstintaqa nəzarət şöbəsinin rəisi Tariyel Qurbanovdur. Bundan əlavə, onun əlinin protez olması məlumatı da yalandır.

Baş Prokurorluqdan faktı sayta təsdiqləyiblər. 

Məlumat üçün bildirək ki, 1991-ci ildən prokurorluq orqanlarında işləyən Tariyel Qurbanov əvvəllər Tovuzun, Qaradağın və Hacıqabulun prokuroru vəzifəsində işləyib. O, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının qardaşıdır.

Bununla bağlı “Qafqazinfo”ya açıqlama verən T. Qurbanov xiyabanda sol əllə hərbi salam verdiyini təsdiqləyib. Lakin bunun üçün əsaslı səbəblərinin olduğunu deyib: “Mənim sağ əlimin protez olması haqda deyilənlər yalandır. Amma sağ əlimdə problemlər var və ziyarət vaxtı həmin əlimi hərəkət etdirə bilmirdim.

Bundan başqa hərbi nizamnamədə də sol əllə hərbi salam verməklə bağlı heç bir qadağa yoxdur. Mən uzun illər hərbi sahədə fəaliyyət göstərmişəm və nəinki hərbi salam verməyi, bütün hərbi işləri çox gözəl bilirəm”.

Xatırladaq ki, T. Qurbanovun sol əllə hərbi salam verməsi mediada və sosial şəbəkələrdə əsas mövzulardan birinə çevrilib.