Hərbi Prokurorluqda- Yeni təyinatlar

Hərbi Prokurorluqda- Yeni təyinatlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikası Hərbi Prokurorluğunda yeni təyinatlar olub.

Tribunainfo.az xəbər verir ki, bu barədə müvafiq əmrlər imzalanıb.

Ədliyyə polkovnik-leytenantı Vaqif İsmayılov Respublika Hərbi prokurorunun böyük köməkçisi vəzifəsinə təyin edilib.

 

Bundan başqa, Şəmkir hərbi prokurorunun müavini, ədliyyə polkovnik-leytenantı Azər Mehdiyev vəzifəsindən azad edilərək, Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin böyük prokuroru vəzifəsinə təyin olunub. İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi, ədliyyə mayoru Elxan Salamzadə isə Şəmkir hərbi prokurorunun müavini vəzifəsinə gətirilib.

 

Respublika Hərbi Prokurorluğundan təyinatları saytımıza təsdiq ediblər.

 

Qeyd edək ki, bir müddətdir Hərbi Prokurorluqda kadr islahatları aparılır.Qafqazinfo