“Casusluqda ittiham olunanlar müxtəlif şəraitdə müxtəlif yerlərdə cinayət törədiblər
Onların bir qisminin cinayət işi məhkəməyə göndərilib, bir qismi də göndəriləcək”.
Bunu APA ya açıqlamasında Respublikanın hərbi prokuror Xanlar Vəliyev deyib.
O bildirib ki, cinayət törədənlərin hərbi hissələri fərqlidir: “Bu cinayətlər başqa-başqa yerlərdə törədilib. Hərbi hissələr fərqlidir. Müəyyən şəxslər haqqında istintaq davam edir. Biz düşünürük ki, Novruz bayramına qədər iş tam yekunlaşıb, məhkəməyə göndəriləcək”.
Toplanmış materiallar əsasında dövlətə xəyanət və digər faktlar üzrə mayın 3-də Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə cinayət işi başlanıb, hər üç qurumun əməkdaşlarından ibarət birgə istintaq-əməliyyat qrupu yaradılıb və ibtidai istintaq aparılır. Bildirilib ki, istintaq-əməliyyat tədbirləri nəticəsində düşmənin kəşfiyyat və xüsusi xidmət orqanlarının Bakı şəhərində ictimai yerlərdə həyata keçirməyi planlaşdırdıqları təxribat və terror fəaliyyətinin qarşısı alınıb, məxfi əməkdaşlığa cəlb olunmuş bir qrup hərbi qulluqçu və mülki şəxslər cinayət məsuliyyətinə cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilib.