İranın nüvə proqramı ilə bağlı Qərbin narahatlığı artıq hərbi müdaxilə mövzusunu da gündəmə gətirib. Tribunainfo.az xəbər verir ki, hərbi müdaxilə məsələsi təkcə ekspertlər tərəfindən deyil, həmçinin dövlət rəsmiləri tərəfindən də dilə gətirlir.
Ötən gün İsrailin baş naziri Benyamin Netenyahu bəyan edib ki, onlar İranın nüvə silahına sahib olmasına imkan verməyəcəklər. Baş nazir zərurət olarsa, hərbi vasitələrdən də istifadə edəcəklərini deyib.
Buna qədər isə ABŞ prezidenti Donald Tramp da İrana hücum edə biləcəklərini gizlətməyib. O təklif edib ki, Tehran rejimi danışıqlar masasına gəlməli və məsələnin dinc şəkildə həllinə razı olmalıdır.
Ekspert Negar Moctahedi isə hesab edir ki, hərbi seçim çıxış yolu deyil. “Hərbi seçim İranın nüvə proqramını dayandıra bilməz”.
Onun sözlərinə görə, Qərb daha təsirli vasitələrdən istifadə etməlidir. Lakin o, konkret hansı vasitələr barədə fikir səsləndirməyib.