Rusiya Silahlı Qüvvələri aktiv döyüş əməliyyatlarının getdiyi bölgələrdən birində xeyli sayda hərbi texnika və canlı qüvvə itirib.
Tribunainfo.az xəbər verir ki, bu barədə “Telegram” kanallarında videgörüntülər yayılıb.
Məlumata görə, 57 zirehli texnika ilə Ukrayna mövqeləri istiqamətində hücuma keçən rus ordusunun bu cəhdi uğursuz olub.
Qeyd olunub ki, rus ordusu bu əməliyyat zamanı 12 zirehli döyüş maşını, 8 tank, 9 motosiklet itirib. Həmçinin uğursuz hücum nəticəsində 36 rus əsgəri həlak olub, 32-si isə yaralanıb.