Hərbi dərslikdəki foto ilə bağlı məlumat təsdiqini tapmadı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qılman Eyvazovun müəllifi olduğu dərslik hazırda şagirdlərin istifadəsindədir
 

Dünən bəzi mətbu orqanlarda  10-cu sinif “Gənclərin çağırışaqədərki hazırlığı” dərsliyində erməni snayperinin fotosunun  Azərbaycan əsgəri adı ilə təqdim edilməsi kimi məlumatlar gedib  və bu ictimaiyyət tərəfindən qınağa səbəb olub. Sosial şəbəkələrdə də bu tənqidlə qarşılanıb və qızğın  müzakirələrə səbəb olub.

Qeyd etdiyimiz kimi yayılan həmin məlumatda bildirilir ki,guya  “”Şərq-Qərb” nəşriyyatı 10-cu sinif “Gənclərin çağırışaqədərki hazırlığı” dərsliyində erməni snayperinin fotosu Azərbaycan əsgəri adı ilə dərc olunub və bildirilir ki,bu foto “Azatutyun”un çəkdiyi erməni snayperinin fotosudur.

Lakin kiçik bir araşdırma aparanda məlum olur ki,Təhsil Nazirliyinin Tədris resurslarının idarə olunmasının məlumat sistemində yerləşdirilən 10-cu sinif “Çağırışaqədərki hazırlığı” dərsliyində haqqında söhbət açılan erməni snayperinin fotosu yer almayıb. 

Qılman Eyvazovun müəllifi olduğu dərslik hazırda şagirdlərin istifadəsindədir.Və əgər bu belədirsə onda adı hallanan həmin fotonu, kitabı nəşr edənlərə qarayaxanların həmin kitabda necə görə bilmələri təəcüb və təəsüf doğurur.Yəni,olmayan bir  şeyi fakt kimi göstərmək mümkünsüzdür və bu kimi araşdırılmadan mətbuatda gedən yazılar daha çox qərəzdən xəbər verir. 

 

Maraqlıdır ki, adı hallanan həmin foto  demək olar ki, hər gün   bir çox yerli saytların  atəşkəs haqqında xəbərlərində baş şəkil kimi geninə-boluna istifadə olunur və indiyəcən bu fakt heç bir müzakirəyə,qınağa  səbəb olmayıb.