backend

Hərbi Dəniz Qüvvələri komandanı ehtiyata göndərildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı ehtiyata buraxılıb. 

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı ehtiyata buraxılıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, polkovnik və ona bərabər hərbi rütbədə olan zabitlər üçün həqiqi hərbi xidmətdə olmağının son yaş həddi qanunvericiliklə 53 yaş müəyyən edilib.

Hərbi Dəniz Qüvvələri Komandanı vəzifələrini icra edən 1-ci dərəcəli kapitan, 57 yaşlı Hicran Rüstəmzadə “Hərbi xidmətkeçmə haqqında” əsasnamənin 156-cı maddəsinin “b” bəndinə əsasən (yaşa görə) Müdafiə nazirinin müvafiq əmri ilə ehtiyata buraxılıb. (apa)