Terrorçu Əş-Şəbab qruplaşması Keniya hərbçilərinin Somalidə yerləşən hərbi bazasına hücum edib.
Terrorçu Əş-Şəbab qruplaşması Keniya hərbçilərinin Somalidə yerləşən hərbi bazasına hücum edib.
TİA.AZ xəbər verir ki, nəticədə baza terrorçular tərəfindən ələ keçirilib, 50-dən çox hərbçi ölüb.
Lakin Keniya silahlı qüvvələrinin nümayəndəsi Pol Njuquna yaraqlıların bazanı ələ keçirilməsi barədə yayılan məlumatı təkzib edib. Həlak olanlar barədə məlumat da təsdiqini tapmayıb. O, qeyd edib ki, ABŞ və Keniya hərbçiləri birlikdə əsasən Əş-Şəbabın nəzarəti altında olan bölgədə antiterror əməliyyatını davam etdirir.