Azərbaycanda “Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsi hazırlanacaq.
Tribunainfo.az xəbər verir ki, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 2024-cü il yaz sessiyası üçün iş planına daxil edilib.
Bildirilib ki, sessiya müddətində komitə sədri və üzvləri Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsi ilə birlikdə yeni qanunun layihəsini hazırlamalıdır.