Hər toy üçün müəllif qonorarı ödənilməlidir – Bəs qonorarı kim ödəməlidir? – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Toya görə müəllif qonorarı ödəmək istəməyənləri ağır cərimə və həbs gözləyir.

 Toya görə müəllif qonorarı ödəmək istəməyənləri ağır cərimə və həbs gözləyir.

Xezerxeber.az-ın məlumatına görə, artıq Nazirlər Kabinetinin 20 oktyabr 2017-ci il tarixli qərarı ilə “Ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının minimum miqdarı”nda edilmiş dəyişikliklərə əsasən, toy mərasimlərində mətnli, yaxud mətnsiz musiqili əsərlərinin istifadəsinə görə müəllif qonorarlarını ödəməkdən yayınmaq mümkün olmayacaq.

Qərara görə, qonorarlar şadlıq evləri, kafelər və restoranlarda keçirilən toy mərasimlərində mətnli, yaxud mətnsiz musiqili əsərlərin istifadəsinə görə həmin obyektlərin sahibləri tərəfindən ödənilməlidir. Qanundan yayınanların müəlliflik hüququnu və əlaqəli hüquqları pozmalarına görə min manatdan iki min manatadək miqdarda cərimə və ya 320 saatdan 480 saatadək ictimai işlərə cəlb olunmaları ilə cəzalandırmaları nəzərdə tutulub.

Məsələ ilə bağlı obyekt sahiblərinin və mahnı müəlliflərinin mövqeyini öyrəndik.

Restoran inzibatçıları bu məbləğin onlar tərəfindən verilməsini düzgün hesab etmirlər. Bunun nəticəsində müəyyən problemlərin olacağını deyirlər.

İnzibatçılar deyirlər ki, bu pul onlardan yox, müğənnilərdən tələb olunmalıdır.

Mahnı müəllifləri isə bu addımın yerində verilən bir qərar olduğunu bildirirlər.

Restoran sahiblərinin məsələyə münasibətini isə bəstəkarlar düzgün hesab etmirlər. Onların sözlərinə görə, əyləncə mərkəzlərinə insanlar məhz mahnılara görə gəlirlər.

Qeyd edək ki, bar, kafe və restoranlarda bu hallarda müəllif qonorarı bir hesabat ayı üçün Bakı, Sumqayit və Gəncə şəhərləri üzrə 60, digər şəhər və rayonlar üzrə 50 manat olacaq. Toy mərasimlərində kütləvi ifaya görə müəllif qonorarı mərasimin keçirildiyi hər gün üçün Bakı, Sumqayıt və Gəncə şəhərləri üzrə 25, digər şəhər və rayonlar üzrə isə 20 manat olacaq.