Fələstin-İsrail münaqişəsinin regional münaqişəyə çevrilməsi riski kifayət qədər yüksəkdir. Tribunainfo.az RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrov deyib.
Lavrov jurnalistlərlə görüşündə deyib: “Qəzzə zolağına gəlincə, böhranın regional münaqişəyə çevrilməsi ilə bağlı ciddi risk var”.
Rusiya XİN rəhbəri qeyd edib ki, Moskva hər şeyi İranın üzərinə atmaq üçün “kifayət qədər təxribatçı cəhdlər” görür.
Düşünürəm ki, İran rəhbərliyi məsuliyyətli, balanslı mövqe tutur və bu münaqişənin bütün regiona və qonşu ölkələrə yayılmasının qarşısını almağa çağırır”.