HƏR ŞEY 77 MANATIN BAŞINDADIR – TAKSİ SÜRÜCÜLƏRİ DANIŞIR…

HƏR ŞEY 77 MANATIN BAŞINDADIR – TAKSİ SÜRÜCÜLƏRİ DANIŞIR…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda taksi sürücüləri sözün əsl mənasında imtahana çəkilir. Buna çörəklə imtahan da demək olar. Gecəsini gündüzünə qatıb bir qarın çörək ailəsinə aparmaq üçün yollarda şütüyən bu kontingenti lap işə salıblar. Amma sürücülərlə söhbətdən məlum olur ki, hər şey 77 manatın başındadır. Söhbət taksi şoferlərinin imtahan verməsindən gedir. Tribunainfo.az bildirir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Təlim-Tədris Mərkəzində taksi fəaliyyətinin tənzimlənməsinə dair oktyabrın 1-də qüvvəyə minən qanunvericiliyin tələblərinin yerinə yetirilməsi məqsədilə təlimlər davam etdirilir.
İmtahandan müvəffəqiyyətlə keçən sürücülərə bu gün şəhadətnamələr təqdim olunur. Taksi sürücüləri isə danışır ki, imtahanlar formallıq təşkil edir, əslində isə 77 manat rüsum ödəyirsən, imtahandan keçirsən, gününü və qazancını itirirsən, sonda bir sertifikasiya verilir. Sürücülər danışır ki, vaxt itkisi və pul tələsidir, bu yolla şəhərdə taksi fəaliyyətini tənzimləmək, xidmət səviyyəsini yaxşılaşdırmaq mümkün deyil. Bu imtahanlar yalnız gəlir gətirə, kasıb taksi şoferinin bir neçə günlük çörəyinə bais ola bilər. Çünki VÖEN almaq, fərqlənmə nişanı, imtahan sertifikatı, “yezda” təlimi taksi sürücüləri üçün əlavə xərc, problem deməkdir. Hazırda 90 min taksinin qeydiyyatdan keçdiyini nəzərə alsaq, hərəsi 77 manatdan ödəniş etdikdə böyük vəsaitlərin yığıldığını söyləmək olar.