Hindistanda maraqlı doğum hadisəsi baş verib. İnsan üzünü xatırladan sifətlə, gözləri bir-birinə yapışmış və ətrafında qalın halqa ilə doğulan heyvan böyük marağa səbəb olub..
Tribunainfo.az AHaber-ə istinadən xəbər verir ki, keçisinin səhər balaladığını bildirən təsərrüfat sahibi rastlaşdığı heyvan qarşısında heyrətlənib.
Keçi balasının iki gözü bir-birinə yapışmış və gözlərinin ətrafında qara halqalarla doğulduğunu bildirən sahibi, heyvanın çənəsində saqqala oxşayan ağ tük olduğunu da bildirib.
50 min heyvandan birində rast gəlinən “hidrosefali” xəstəliyi ilə doğulan keçinin vəziyyətini qiymətləndirən baytar Manav Sinq bu vəziyyətin iki səbəbdən yarana biləcəyini bildirib.
Birinci səbəb ananın hamiləlik dövründə A vitamini çatışmazlığından əziyyət çəkməsi, ikinci səbəb isə anaya hamiləlik dövründə səhv dərman verilməsi ilə izah edilib..