Hər il Zəfər Günü iş olmayacaq – VİDEO

Hər il Zəfər Günü iş olmayacaq – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycanda Zəfər Günü ilə bağlı Əmək Məcəlləsinə dəyişiklik edilir. Bu barədə qanun layihələri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin videokonfrans formatında keçiriləcək iclasının gündəliyinə daxil edilib. 
Baku TV xəbər verir ki, dəyişikliyə əsasən, hər il noyabrın 8-i Zəfər Günü iş günü hesab olunmayan bayram günlərinə aid ediləcək.

 

Azərbaycanda Anım Günü ilə bağlı da Əmək Məcəlləsinə dəyişiklik edilir.
Hər il sentyabrın 27-i Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmə günü – Azərbaycanda Anım Günü olacaq.