Qoqolun diyarı
Ukraynanın Poltava vilayətinin Mirqorod şəhərindən 25 km şimalda yerləşən Böyük Soroçinçı kəndi XIX əsrdən Ukraynada və hətta onun xaricində belə ,hər il avqustun son həftəsindən əvvəlki həftədə məşhur “Soroçinsk yarmarkası”nın keçirildiyi yer kimi tanınır.
TİA.AZ xəbər verir ki, yarmarka xüsusi populyarlığı böyük Ukrayna yazıçısı Nikolay Vasilyeviç Qoqolun ,hansı ki,elə bu kənddə doğulub, məşhur “Soroçinsk yarmarkası” povesti işıq üzü görəndən sonra qazanıb.
Ukraynanın müstəqilliyinin 30 illiyinə həsr olunan 17 avqustda təntənəli açılşı olan bu yarmarka -sərgi 22 avqusta qədər açıq olacaq.
“Soroçinsk yarmarkası” təkcə iri ticarət bayramı deyil, turistləri cəlb edən, həmçinin ölməz sənətkarın-Qoqolun əsərlərinin qəhrəmanlarının iştirakı ilə parlaq teatrlaşmış tamaşalar, folklor kollektivlərinin çıxışları, xalq bayramı ,festivallar, müsabiqələr, böyük konsert və əyləncəli proqramlar deməkdir.
Hər il “Soroçinsk yarmarkası”na 500 min nəfərdən çox adam gəlir. Halbuki , Böyük Soroçinçı kəndi adı “böyük” olsa da ,Psyol çayının sahilində yerləşən,əsası 1620-cı ildə qoyulan balaca kənddir və əhalisi cəmi 4 mindir.
Keçən il , 1966-cı ildən bərpa olunan yarmarka pandemiya səbəbindən 22 il ərzində ilk dəfə idi ki, keçirilmədi.
Yarmarkada Ukraynadan, Azərbaycandan, Belarusiyadan, Polşadan, Gürcüstandan, Moldovadan, 1500-ə yaxın müəssisə , sahibkarlar, xalq sənətkarları iştirak edir.
Bəzi musiqi proqramlarına giriş son illər pullu olub. Bilet 50-100 qriven arasıdır.
Yarmarkada əl əməyi olan xalq motivləri əsasında biçmə, toxuma, tikmə məhsulları, bəzək aksesuarları, keramik,saxsı qablar,kolorit oyuncaqlar çox populyardır və daha çox maraq oyadır.
Yarmarka çərçivəsində Ukraynanın Poltava və digər vilayətlərinin aparıcı maşınqayırma müəssisələrinin məhsul və xidmətləri, kənd təsərrüfatı, qida, yüngül və tikinti sənayesinin məhsullarının, sənətkarlıq və dekorativ sənət əsərlərinin , dulusçuluq,qalayçılıq sənəti, kənd təsərrüfatı məhsullarının ,sairə məmulatların təqdimatı , satışı da həyata keçirilir.
Yüzlərlə müəssisələr öz məhsullarını burtada satışa çıxarırlar.
Yarmarka istirahət üçün gözəl fürsətdir və bunun üçün təşkilatçılar hər bir şərait yaradıblar.Yaxınlıqda qalmaq üçün otellər ,evlər də də mövcuddur.
Bundan başqa yarmarkada ustalar tərəfindən müxtəlif master-klasslar keçirilir, eksklüziv borş,vareniki, qaluşki bişirilir və bunların hamısını yeyib dadmaq olar.Yarmarka da qida məhsulları da kifayət qədərdir; İstənilən çeşiddə dadlı yeməklərdən alıb yemək olar.
Bir sözlə yarmarka çox maraqlıdır, burada Qoqolun əsərlinin abu-havası , şən,xoş atmosfer hökm sürür.
“Soroçinsk yarmarkası”nda Poltavada yaşayan azərbaycanlı həmyerlilərimiz , iş adamları İlham Kərimov və Orxan da iştirak ediblər. Dünən az müddət yağan yağış yarmarkaya xüsusi ovqat verdi.
TİA.AZ İlham Kərimovun yarmarkadan çəkdiyi ekszklüziv maraqlı foto və videoları təqdim edir:
İmran Kərimli
TİA.AZ