“Hər iki tərəf sərhədə qoşun və hərbi texnika gətirir…” – “Hərbi əməliyyatlar başlaya bilər”backend

“Hər iki tərəf sərhədə qoşun və hərbi texnika gətirir…” – “Hərbi əməliyyatlar başlaya bilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Cənubi Qafqazda vəziyyət yenidən gərginləşir. Ermənistanın sərhədyanı rayonlarında və Qarabağın separatçıların nəzarətində olan hissəsinin perimetri boyu atışmaların sayı artıb”.

“AzPolitika.info” xəbər verir ki, bunu hərbi analitik Aqil Rüstəmzadə qeyd edib.

Ekspertin sözlərinə görə, əsas səbəblərdən biri ermənilərin bərbad vəziyyətdə olan təmas xəttini möhkəmləndirmək məqsədilə yeni postlar və müdafiə xətləri tikmək, mühəndis işləri aparmaq cəhdləridir. “Əlbəttə, Azərbaycan buna imkan verə bilməz. Separatçı rejimin danışıqlardan boyun qaçırması, eləcə də Ermənistan rəhbərliyinin öhdəliklərini yerinə yetirməməsi, əksinə müdafiə xərclərini artırması və yeni silahlar alması yeni təxribatlara, silahlı münaqişəyə şərait yaradır. Hər iki tərəf sərhədə qoşun və hərbi texnika gətirir, növbəti eskalasiya hərbi əməliyyatların yenidən başlanmasına səbəb ola bilər”.

A.Rüstəmzadə vurğulayıb ki, erməni lobbisinin satın aldığı Qərb siyasətçiləri və mediası artıq “erməni soyqırımı” ilə bağlı çığır-bağır salıb. “Amma bu gün biz 90-cı illərin Azərbaycanı deyilik”, – hərbi analitik xatırladıb.