“Hər hansı təzyiq…” – Adnan Əhmədzadənin vəkili danışdı

“Hər hansı təzyiq…” – Adnan Əhmədzadənin vəkili danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
DTX tərəfindən həbs edilən iş adamı Adnan Əhmədzadənin istintaq prosesində hüquqlarını müdafiə edən vəkilin kimliyi məlum olub.
Bu, Vəkillər Kollegiyasının üzvü Şaiq Mirzəyevdir.
 Tribunainfo.az bildirir ki, gununsesi.info-ya açıqlamasında Şaiq Mirzəyev müdafiə etdiyi şəxsin durumu haqqında danışıb.
Onun sözlərinə görə, Adnan Əhmədzadə özünü yaxşı hiss edir: “Hər hansı təzyiqə məruz qalmayıb. Hər bir proses hüquq üzərindən aparılır”.
“Adnan Əhmədzadə ittihamları qəbul edirmi” sualına gəlincə, vəkil bu barədə danışmaq istəmədiyini deyib.