“Hər gün sərhədi on min rusiyalı keçir, mane olmayacağıq” – Gürcüstan DİNbackend

“Hər gün sərhədi on min rusiyalı keçir, mane olmayacağıq” – Gürcüstan DİN

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Gürcüstanın Rusiya ilə sərhədi bağlamağa heç bir səbəbi yoxdur”.

Bunu Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri bildirib.

Onun sözlərinə görə, son günlər hər gün təxminən 10 min rusiyalı Gürcüstanla sərhədi keçir.

Nazir qeyd edib ki, Rusiya vətəndaşları illərdir ki, Gürcüstana səfər edirlər və yerli hakimiyyət orqanları bu prosesə mane olmayacaqlar: “Mən müxalifətin bir hissəsinin Rusiya ilə sərhədi bağlamaq, digər hissəsinin isə əksinə, mümkün qədər çox rusu qəbul etmək tələblərini başa düşə bilmirəm. Bizim Rusiya ilə sərhədi bağlamaq üçün heç bir səbəbimiz yoxdur”.