“Liverpul”un və Misir millisinin hücumçusu Məhəmməd Salah şahmata olan böyük marağından danışıb.
“Bunun necə baş verdiyini dəqiq bilmirəm. Yalan demirəm, amma bu doğrudur. Mən buna dəlicəsinə aludə olmuşam. Demək olar ki, hər gün oynayıram. Ən azı yeddi-səkkiz oyun. Bəzən daha çox.
Bu oyunda inkişaf edib-etməyəcəyini bilmirəm, amma sizi strateji düşünməyə məcbur edir. Necə olduğunu dəqiq bilmirəm, amma həqiqətən hiss edirəm ki, mən şahmat oynamağı sevirəm”, – Salah müsahibəsində deyib.
O bir gün dünya çempionu Maqnus Karlsenlə də oynamağa ümid etdiyini deyib.
Tribunainfo.az xəbər verir ki, o, bu barədə “Sky Sports”a müsahibəsində bildirib.
“Bu oyunu çox sevirəm. Daha çox onlayn oynayıram. Adımı və bəzi rəqəmləri yazıram. “Sən Məhəmməd Salahsan?” – deyə soruşurlar. Mən müsbət cavab verirəm, amma yenə də inanmırlar”, – məşhur hücumçu bildirib.
“Mən Maqnus deyiləm, amma pis oynamıram. Maqnusa qarşı heç kimin şansı yoxdur, amma ümid edirəm ki, bir gün onunla da oynayacağam”, – Salah əlavə edib.
Həmin müsahibədən sonra Karlsen sosial şəbəkələrdə Salahı salamlayıb.
İmran Kərimli