HƏR GÜN BİR OVUC ALBALI YEMƏK…backend

HƏR GÜN BİR OVUC ALBALI YEMƏK…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təbiətin möcüzəsi meyvə və tərəvəzlərin sağlam qidalanma üçün ən gözəl nemətlərdir. İnsan sağlamlığına möcüzəvi şəkildə təsir edən meyvələr də var ki, albalı da onlardan biri və birincisidir.

Tribunainfo.az xəbər verir ki, aparılan araşdırmalar nəticəsində məlum olub ki, bir ovuc gilasın müntəzəm qəbul edilməsi insan orqanizmini təmizləyir və tam işlək hala salır.

Mövsümündə təzə yığılan və müntəzəm olaraq istehlak edilən albalı orqanizmin bərpasını təmin edən qidalar arasındadır. Müntəzəm olaraq gündə 1 ovuc albalı istehlak etməyin faydaları aşağıdakılardır:

Yuxu rejimi təmin edir:

Müntəzəm olaraq albalı istehlak etməyin faydalarından biri də yuxu rejimini təmin etməsidir. Albalıdakı melatonin komponenti sayəsində daha tez yuxuya getməyinizə və günə daha enerjili başlamağınıza kömək edir. Yuxudan oyanmaqda çətinlik çəkənlərə də albalı yemək tövsiyə olunur. Albalı daha asan yuxuya getmək və problemsiz oyanmaq istəyənlərin bir nömrəli dostu kimi tanınır.

Qan təzyiqini aşağı salır:

Albalı yüksək miqdarda polifenol ehtiva edir. Bu, albalılara qan təzyiqini aşağı salmağa və müvafiq olaraq qan təzyiqini aşağı saxlamağa imkan verir. Kaliumla da zəngin olan albalı həm də təzyiqi tarazlaşdırır və təzyiq xəstəliyindən qoruyur.