Yaponiyada insanın hər gün yeməli olduğu qidanın adı açıqlanıb.
TİA.AZ xəbər verir ki, yapon tibbi nəşri Nixon Keydzay son elmi tədqiqata əsaslanaraq, avokadonun hər gün mütləq yeyilməli olduğu barədə yazıb.
Belə ki, bir ədəd avokado həmin gün metobolizmi və bağırsağın işini normallaşdırır.
Belə ki, amerikalı alimlər 163 pasiyent üzərində elmi araşdırma aparıblar.
Onlar iştirakçıları 2 qrupa bölüblər. Bu insanlar hamısının bədən çəkisi çox idi və hər gün kifayət qədər qida qəbul edirdilər.
Qrupun birinə gündə 175 qram, digərinə 140 qr avokado verilib.
Nəticələr göstərib ki, hər gün daha çox miqdar avokado yeyən qrup 20 qram daha çox monodoymuş yağ turşuları, 14 qram da artıq lif qəbul ediblər.
Tədqiqatın sonunda nəcisin analizi göstərib ki, avokado çox yeyən insanların bağırsağında faydalı bakteriyalar daha çoxdur, qanda xolesterin azdır, həzm və fermentasiya normaldır. Eləcə də bağırsaq iltihabı ikinci qrupdan daha azdır.