Alimlər müəyyən miqdarda alkoqolun də beynin ölçüsünə təsirini sübut edib.
TİA.AZ xəbər verir ki, ABŞ Pensilvan universitetinin komandası 36 min insanın beyin MRT-si, tibbi məlumatlarını təhlil edib. Onlar xüsusi anketdə gündə, ayda nə qədər alkoqol içdiklərini də qeyd ediblər.
Onların orta miqdar alkoqol qəbulu gündə 2 qədəhdən 4 qədəhə kimi olub.
Alınan informasiyalar sübut edib ki, böyük dozalarda alkoqol beynin ölçüsü və sturkturunu dəyişir. Bununla da koqnitiv qabiliyyət, yaddaş və s. pozulur.
Məlum olub ki, yarım və bir qədəh şərab, içki beynin tutumuna elə də güclü təsir etmir. Amma gündə 2 qədəhə keçmək, artıq ağ və boz maddələrə təsir edir. Zamanla onların həcmi daralır.
Oksford universitetinin digər araşdırması da göstərib ki, alkoqol beynin boz maddəsinin həcmini azaldır.
İnsan nə qədər çox və müntəzəm alkoqol qəbul edərsə, bu vəziyyət bir o qədər dərinləşir.
Məsələn, 50 yaşlı kişi əgər sutkalıq bir qədəh pivəni 2 qədəhə çatdırarsa, onun beynində dəyişikliklər baş verərək, iki illik qocalma prosesinə bərabər olacaq.
55 yaşa kimi belə davam edərsə onun beyninin həcmi 62 yaşındakı həcmə çatacaq.