Hər bir azərbaycanlının həyatına təsir edəcək – Müşavirə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Prezidenti İlham Əliyevin barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsi və orada qaldırılan məsələlər təkcə bir regionun deyil, hər bir azərbaycanlının həyatına təsir edəcək məsələlərin müzakirə edildiyi tədbir idi.  

Azərbaycan Prezidenti İlham Əliyevin barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsi və orada qaldırılan məsələlər təkcə bir regionun deyil, hər bir azərbaycanlının həyatına təsir edəcək məsələlərin müzakirə edildiyi tədbir idi. 

Müşavirədə qaldırılan məsələlərin nəticəsini qısa zamanda hər kəs öz həyatında hiss edəcək.

Bu sözləri Teleqraf.com-a açıqlamasında YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə dünən Qaxda dövlət başçısı İlham Əliyevin sədrliyi ilə barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində qaldırılan məsələlərlə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, ölkə başçısının ayrı-ayrı regionlarda konkret sahələrin inkişafı ilə bağlı keçirdiyi müşavirlər iqtisadiyyatın inkişafına, milli valyutamız olan manatın stabilləşməsinə, Azərbaycan məhsullarının dünya bazarına daha geniş çeşid və həcmdə çıxarılmasına şərait yaradır: “Cənab prezidentin iştirakı ilə kənd təsərrüfatı sahəsində növbəti müşavirədə görüləcək işlər bir daha konkret şəkildə müzakirə edildi.

Azərbaycanda aqrar sahənin inkişafı ilə bağlı çox böyük imkanlar var. Bu imkanların reallaşmasında həm sahibkarlığın, həm də dövlətin potensialından istifadə etməklə çox sayda iş yerləri yaratmaq, xaricə ixrac ediləcək məhsullar assortimentini genişləndirmək, ən əsası, ölkəyə valyuta axınını təmin etmək mümkündür”.

Millət vəkilinin fikrincə, ölkə başçısının müvafiq qurumlar qarşısında konkret tapşırıqlar ortaya qoyması və onların həlli ilə bağlı öz təkliflərini irəli sürməsi onu göstərir ki, dövlət bu sahənin inkişafında çox maraqlıdır: “Dövlət dəstəyi ilə sahibkarların bu işə cəlb edilməsinə böyük potensial var. Hesab edirəm ki, konkret olaraq baramaçılıq, tütünçülük və fındıqçılığın inkişafı ilə bağlı keçirilən müşavirə Azərbaycan iqtisadiyyatının sürətli inkişafa təkan verəcək.

Ortada dövlət rəhbərinin siyasi iradəsi, konkret vəzifələr və görüləcək işlərin proqramı mövcuddur. Müşavirədən sonra regionda bu işlərin genişlənəcəyi və sürətlənəcəyinə böyük ümidlər var. Bu sahənin inkişafı ilə bağlı ayrı-ayrı nazirliklər qarşısında çox böyük məsuliyyət durur”.

Prezidentin “Mingəçevirdə yaranmaqda olan böyük yüngül sənaye kompleksinin fəaliyyətə başlaması nəticəsində Azərbaycan hazır məhsul ixrac edəcək” fikrinə toxunan Aydın Mirzəzadə ötən il deputat seçildiyi Mingəçevir şəhərində texnoparkın açılışı olduğunu xatırladıb: “Texnoparkın ərazisinə gedərək orada görülən işlərlə şəxsən maraqlandım, ilkin planda nəzərdə tutulduğundan da geniş həcmdə işlərin görüldüyü nəzərə çarpır.

Yeni müəssisələrin açılması planlaşdırılıb ki, bu, xaricdən idxal olunan məhsulların Azərbaycan brendi ilə əvəz ediməsinə şərait yaradacaq.

Prezidentin hazır məhsulların ixracı məsələsinə toxunması göstərir ki, Azərbaycanın bir regionunda hansısa sahənin inkişafı qarşılıqlı surətdə digər regionlarda müvafiq sahələrin inkişafına gətirib çıxarır. Ayrı-ayrı regionların inkişafı iqtisadiyyatın güclənməsinə, yeni iş yerlərinin açılmasına, məhsullarımızın dünya bazarına çıxışına böyük imkanlar yaradır”.